"Biz elə bir mərhələdəyik ki, hər iki tərəf münaqişəyə necə son qoyulacağına dair konkret təkliflər irəli sürməlidir. Növbəti addımlar artıq prezidentin qərarına bağlıdır. Əgər irəliləyiş olmazsa, biz bu prosesdən çəkiləcəyik", – deyə Brüс bildirib və bu açıqlamanın ABŞ dövlət katibi Marko Rubionun mövqeyini əks etdirdiyini vurğulayıb.
CNN-in Avropa və Ukraynadan gələn əks təkliflərin rədd edilib-edilməməsinə dair sualını isə o, dolayı cavablandırıb və sadəcə əvvəlki bəyanatını təkrarlayıb. Brüs həmçinin Rubionun Avropa və Ukraynalı həmkarları ilə yeni danışıqlar planlaşdırıb-planlaşdırmadığı barədə məlumat verməyib.
Ş.E