SON XƏBƏRLƏR

İran Amerika ilə danışıqlardan öncə Avropa üçlüyü ilə görüş keçirəcək

2025.04.30, 13:01
İran Amerika ilə danışıqlardan öncə Avropa üçlüyü ilə görüş keçirəcək

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İtaliyada Amerika ilə danışıqların yeni raundundan əvvəl Avropa üçlüyü ilə görüş keçiriləcək.

Gunaz.tv

Bu barədə o, Tehranda Nazirlər Kabinetinin həftəlik iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Xarici işlər naziri qeyd edib ki, İran və Avropa üçlüyü - Böyük Britaniya, Fransa və Almaniya cümə günü görüş keçirəcəklər.

Xatırladaq ki, İran və Amerika aprelin 12, 19 və 26-da Məsqət və Romada İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək və Tehrana qarşı sanksiyaların aradan qaldırılması məqsədilə üç məthələdə danışıqlar aparıb.

Əraqçi mayın 3-də növbəti raundda İranın Atom Enerjisi Təşkilatının (AEOI) ekspertlərinin danışıqlara qatılacağını açıqlayıb.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar