SON XƏBƏRLƏR

İsrailə casusluqda günahlandırılan şəxs edam olundu

2025.04.30, 13:45
İsrailə casusluqda günahlandırılan şəxs edam olundu

Bu gün səhər saatlarında Kərəcin Qızılhisar həbsxanasında Möhsün Ləngərneşin adlı siyasi məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

İran Ədliyyə Nazirliyi və Məhkəmə Sistemi edamın icrası ilə bağlı məlumat yaymayıb.

Möhsün Ləngərneşin 22 may 2022-ci ildə Tehranda öldürülən SEPAH polkovniki Həsən Səyyad Xudayinin terrorunda əli olduğu ittihamına görə 2 iyul 2024-cü ildə Tehranda işlətdiyi avtomobil salonunda həbs edilib.

O, Mossad-a informasiya ötürməkdə və SEPAH polkovnikinin gəl-get marşrutu barədə İsrailə məlumat verməkdə günahlandırılıb.

34 yaşlı siyasi məhbus, 43 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürülüb.

Onun yaxınlarının verdiyi məlumata görə, Möhsün Ləngərneçin barəsində irəli sürülən ittihamı rədd edib, işgəncə altında ondan məcburi etiraf alındığını bildirib.

İnsan haqları fəallarının bildirdiyinə görə, siyasi məhbusu etiraf verməyə məcbur etmək üçün, anası, bacısı və nişanlısını da həbs ediblər.

Qeyd edək ki, bununlada son 10 ay ərzində edam edilən siyasi məhbus sayı 15-ə çatıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar