SON XƏBƏRLƏR

Ruslar indi də döyüşdə məktəb avtobusundan istifadə edirlər

2025.04.30, 14:03
Ruslar indi də döyüşdə məktəb avtobusundan istifadə edirlər

Rusiyanın zirehli texnika ehtiyatları tükəndikcə cəbhə bölgəsinə əsgər daşımaq üçün getdikcə daha çox mülki nəqliyyatdan istifadə etməyə başlayır.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadla xəbər verir ki, bu barədə “Forbes” nəşri yazır.

Nəşr qeyd edir ki, bura - qolf avtomobilləri, Belarus motosikletləri, “Lada” avtomobilləri, “buxanka” mikroavtobusları, “QAZ-69” yük maşınları və hətta elektrik skuterləri daxildir.

“Onların bir çoxunu dəyişdirirlər. Məsələn, “anti-dron” barmaqlıqları quraşdırırlar. Amma mülki nəqliyyat vasitələri arasında sonuncu əlavə bəlkə də ən gülməlisidir. Rusiya hərbçiləri hücum üçün məktəb avtobusundan istifadə ediblər. Ukrayna ordusuna məxsus dron operatoru Donetsk vilayətində cəbhə xəttinə yaxın bir yerdə sarı məktəb avtobusu aşkar edib. Ehtimal edilir ki, avtobus ya xarab olub, ya da sadəcə palçığa ilişib qalıb. Videoda görmək mümkündür ki, dron avtobusa tərəf yönəlir, ona zərbə endirir və avtobus yanır”, – “Forbes” yazır.

Nəşr bildirir ki, döyüş meydanında nəqliyyat vasitəsi kimi avtobus son dərəcə qeyri-effektiv olsa da, rusların demək olar ki, bundan başqa çıxış yolu qalmayıb.

Materialda qeyd olunur ki, Rusiyanın genişmiqyaslı müharibəyə başladığı 39 ay ərzində 17000 ədəd texnika və digər ağır silah itirdiyi təsdiqlənib.

“Rusiyanın illik yeni tank və piyadaların döyüş maşını istehsalı təxminən 1100 ədəd qiymətləndirilir. Kreml yeni texnikanı Soyuq Müharibə dövründən qalan və böyük anbarlardan çıxarılan köhnə maşınlarla tamamlayır. Amma artıq bu anbarlar da demək olar ki, tükənmək üzrədir”, -deyə nəşr bildirir.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar