SON XƏBƏRLƏR

Ynet: İran Suriyada yeni döyüşçülər hazırlayır

2025.04.30, 15:49
Ynet: İran Suriyada yeni döyüşçülər hazırlayır

GünazTV İsrailin Ynet qəzetinə istinadla xəbər verir ki, suriyalı keçmiş döyüşçülər İraqın İran nəzarətində olan düşərgələrində yenidən qruplaşır.

Gunaz.tv

Nəşr yazır ki, Tehran Qəzza uğursuzluğu və Suriyanın Sünni islamçılar tərəfindən ələ keçirilməsindən sonra regionda güc balansında baş verən dəyişikliklər fonunda hərbi və siyasi nüfuzunu qorumağa çalışır.

İran keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyada hərbi təsirini səssizcə bərpa edərək, rejimin keçmiş tərəfdarlarını İraq səhrasındakı ucqar düşərgələrdə təlim keçərək, yeni İran tərəfdarı döyüş qüvvəsi formalaşdırır.

Bu prosesdə İraq şiə silahlı dəstələri və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitlərindən istifadə olunur. Hərbçilər və şahidlər bildirirlər ki, bu cür təlim düşərgələri Suriyanın sərhədinə yaxın yerləşən İraqın qərbindəki Ənbar səhrasında yaradılıb.

Qeyd edək ki, Əsəd rejiminin Suriyada süqutundan sonra ona sadiq olan bir neçə hərbi bölmə İraq sərhədinə qaçıb. Onlar özü ilə birlikdə zirehli texnika, BTR-lər, tanklar və artilleriya da daxil olmaqla silah və hərbi texnika gətiriblər. Ynet-in qeyd edir ki, İraq hakimiyyəti bu silahları Ənbar səhrasında müsadirə edib və döyüşçüləri bir neçə vilayətdə yerləşdirib.

 

 

O. A.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar