SON XƏBƏRLƏR

Amerika dövlət katibi Hindistanın xarici işlər naziri ilə danışıqlar aparıb

2025.05.01, 11:35
Amerika dövlət katibi Hindistanın xarici işlər naziri ilə danışıqlar aparıb

Amerika dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyan Cayşankarla telefon danışığı aparıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Dövlət Departamentindən yayılan məlumata görə, tərəflər regionda təhlükəsizlik məsələlərini və terrorizmlə mübarizədə əməkdaşlığı müzakirə ediblər.

Rubio vurğulayıb ki, Amerika Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsində Hindistanın etibarlı tərəfdaşı olaraq qalır. O, həmçinin Yeni Delhini ölkələr arasında gərginliyi azaltmaq və regionda sülhü möhkəmləndirmək üçün Pakistanla əlaqə saxlamağa çağırıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar