SON XƏBƏRLƏR

Lübnan ordusu "Hizbullah"ın silahlarını müsadirə edir

2025.05.01, 11:37
Lübnan ordusu "Hizbullah"ın silahlarını müsadirə edir

Lübnan ordusu ölkənin cənub bölgəsində yerləşən hərbi bazalara daxil olub.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Lübnan ordusu "Hizbullah"ın silahlarını müsadirə etmək və bölgədə hər hansı silahlı fəaliyyətin qarşısını almaq məqsədilə əməliyyata başlayıb. Əməliyyatın əsas məqsədi təhlükəsizliyə nəzarəti rəsmi hərbi strukturların ixtiyarına verməkdir.

Xatırladaq ki, daha əvvəl Lübnan prezidenti Cozef Aun birmənalı şəkildə Hizbullahı tərksilah etmək üçün gücdən istifadə etməkdən imtina etdiyini açıqlamışdı. Lakin o, Lübnan dövlətinin Silahlı Qüvvələrinin silah daşıyan yeganə qurum olması lazım olduğunu təkid edirdi: "Biz müharibə dilindən imtina edirik. Burada vətəndaş müharibəsi olmayacaq" - onun fikrincə, Hizbullaha qarşı kobud güc tətbiq olunarsa, bu vətəndaş müharibəsi demək olacaq.

Lübnan Silahlı Qüvvələrinin keçmiş ordu komandiri Hizbullahın siyasi partiya olaraq fəaliyyətinə davam edəcəyini, ancaq silahlı qrup ola bilməyəcəyini söyləyib. O iddia edib ki, Lübnan hakimiyyəti ölkənin təhlükəsizlik qüvvələrinə qoşulmaq istəyən Hizbullah üzvlərinə “xoş gəldin” deyəcək.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar