SON XƏBƏRLƏR

Suriya hakimiyyəti druzlarla atəşkəs elan etdi

2025.05.01, 12:00
Suriya hakimiyyəti druzlarla atəşkəs elan etdi

Druzilərin məskunlaşdığı Dəməşqin ətraf bölgələrində - Jaramana və Sahnada iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, məlumatı Suriya telekanalı yayıb.

Bildirilir ki, atəşkəs qərarını Əs-Suveyda əyalətinin qubernatoru Mustafa əl-Bakur ölkənin hakimiyyət orqanlarının nümayəndə heyətinin Druz icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında keçirilən görüşündən sonra açıqlayıb: “Suriya təhlükəsizlik qüvvələrinin patrullarına 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumlar törədən cinayətkarların hüquq-mühafizə orqanlarına ekstradisiyasına dair razılıq əldə olunub”. Qubernatorun sözlərinə görə, iclas iştirakçıları həmçinin İsrailin Dəməşqin cənubunda "vətəndaş qarşıdurması törətmək məqsədi daşıyan" hadisələrə müdaxiləsini pisləyiblər.

Qeyd edək ki, aprelin 30-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Dəməşqin cənub-qərb ətraflarında asayişi bərpa etmək üçün əməliyyatda iştirak edən Suriyanın təhlükəsizlik qüvvələrinə zərbələr endirib.

Daha sonra İsrail druzlara qarşı əməliyyatların dayandırılmasını tələb edib, onları qoruyacağını açıqlayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar