SON XƏBƏRLƏR

Şuşa və Xocalıda kütləvi məzarlıqlar aşkarlanıb

2025.05.01, 12:31
Şuşa və Xocalıda kütləvi məzarlıqlar aşkarlanıb

Azad edilən ərazilərdə aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin qeyd edib ki, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa - Laçın yolunun birləşməsində aşkar edilib. Burada aşkarlanan qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb.

Digər məzarlıq isə Xocalıda, Əsgəran- Xocalı yolunun üstündə aşkarlanıb. Bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb: "Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar".

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar