SON XƏBƏRLƏR

İranda 2 gündə 23 məhbus edam edilib

2025.05.01, 12:43
İranda 2 gündə 23 məhbus edam edilib

Aprelin 29 və 30-da İranın Məşhəd, İsfahan, Kərəc, Dezful, Əhvaz və Səbzvar şəhərlərinin həbsxanalarında 22 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, edam edilənlər narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.

Kərəcin Qızılhisar həbsxanasında edam edilən Möhsün Ləngərneşin isə "İsrailə casusluq" ittihamına görə asılıb.

Bununlada 2025-ci ildə İranda edam edilənlərin sayı 350-i keçib. Onlardan 11-i qadındır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar