SON XƏBƏRLƏR

Amerika Ukraynaya 50 milyon dollarlıq silah satmağı planlaşdırır

2025.05.01, 12:57
Amerika Ukraynaya 50 milyon dollarlıq silah satmağı planlaşdırır

Amerika Ukrayna ilə təbii sərvətlər haqqında müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollarlıq silah satmağı planlaşdırır.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” qəzeti yazıb.

Mənbələrin məlumatına görə, təchizat birbaşa satış yolu ilə həyata keçiriləcək. Bildirilib ki, əvvəlki yardımdan fərqli olaraq, yeni təchizatlar kommersiya əsasında həyata keçiriləcək.

Kiyevə verilməsi nəzərdə tutulan konkret silah növləri açıqlanmır. Qeyd edək ki, Amerika və Ukrayna mayın 1-nə keçən gecə təbii sərvətlər haqqında müqavilə imzalayıblar. 

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar