SON XƏBƏRLƏR

Məhəmməd Cavad Zərif: İrana qarşı hücumlar artıq cavabsız qalmayacaq

2025.05.01, 13:40
Məhəmməd Cavad Zərif: İrana qarşı hücumlar artıq cavabsız qalmayacaq

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif, İranın bundan sonra qisas almadan özünə olan hücumlara dözməyəcəyini və "vur-qaç" dövrünün artıq bitdiyini deyib.

Gunaz.tv

Tehranda Fars Körfəzi Gününə həsr olunmuş tədbirdə çıxış edən Zərif 2020-ci ildə Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsindən sonra İranın Amerika bazasına raket zərbəsi endirməsinə, həmçinin İsrailə son zərbələr endirməsinə yeni çəkindirici mövqenin əlaməti kimi işarə edib.

"Amerika bazasına raket zərbələri endirən yeganə ölkə bizik. İsrail bizə hücum etdi, biz də cavab verdik... Əgər raketlərimiz insan məskunlaşan əraziləri vursaydı, İranın nəyə qadir olduğunu görərdiniz.” - deyə Zərif bildirib.

Qeyd edək ki, Məhəmməd Cavad Zərifin bu iddialarına baxmayaraq, istər İranın İraqda yerləşən Əl-Əsəd hərbi bazasına, istərsə də İsrailə endirdiyi zərbələr nəticəsində heç bir itki qeydə alınmamış, yaxud hərbi infrastruktura heç bir ziyan dəyməmişdir.

 

- Cəfər Cəfərli

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar