SON XƏBƏRLƏR

Hindistan və Pakistan rəsmiləri telefonda danışıblar

2025.05.01, 14:01
Hindistan və Pakistan rəsmiləri telefonda danışıblar

Hindistan və Pakistan arasında yaşanan qarşıdurmanın ardından gərginliyin azaldılması istiqamətində telefon danışığı olub.

Gunaz.tv

GünazTV “AzPolitika”-ya istinadla xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, sözügedən danışıq Hindistan və Pakistanın yüksək rütbəli hərbi məmurları arasında baş tutub.

Yüksək səviyyəli rəsmilər arasında baş tutan bu birbaşa rabitənin gərginliyi azaltmaq üçün bir fürsət olduğu bildirilib.

Bununla belə, ekspertlərin fikrincə, regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün diplomatik səylərin daha yüksək səviyyəyə çatdırılması lazımdır.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar