SON XƏBƏRLƏR

Nazir: Tayvan Trampın dövründə Amerikanın dəstəyinə əmindir

2025.05.01, 15:27
Nazir: Tayvan Trampın dövründə Amerikanın dəstəyinə əmindir

Tayvan rəsmisi Amerika prezidenti Donald Trampın Çinlə münasibətlərində Tayvanı sövdələşmə vasitəsi kimi istifadə edə biləcəyinə dair narahatlıqlara baxmayaraq, rəsmi Tayvanın Amerikanın dəstəyinə inandığını söyləyib.

Gunaz.tv

Bu fikirləri "Al-Jazeera"yə  müsahibəsində Tayvanın Çin Xalq Respublikası, Honq Konq və Makao ilə əlaqələr üzrə naziri Çiu Çuy-çen deyib.

O, üç aydan az vaxt keçdiyi üçün Tramp administrasiyasını müşahidə etməyə davam etdiklərini və Vaşinqtonun mövqeyi haqında dəqiq fikir söyləmək üçün hələ tez olduğunu bildirib.

"Çindən fərqli olaraq Amerikanın Tayvan ilə olduqca yaxın münasibətləri var. Tayvan hökuməti suverenliyimizi, azadlığımızı və demokratiyamızı qorumaq üçün qəti mövqeyə malikdir." - deyə nazir bildirib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar