SON XƏBƏRLƏR

Amerika Suriya hökuməti ilə danışıqlar apardığını təsdiqləyib

2025.05.01, 15:50
Amerika Suriya hökuməti ilə danışıqlar apardığını təsdiqləyib

Amerika rəsmiləri Nyu-Yorkda Suriyanın müvəqqəti hökumətinin nümayəndələri ilə görüşdüyünü təsdiqləyib.

Gunaz.tv

Adının açıqlanmasını istəməyən Amerika Dövlət Departamentinin sözçüsü Türkiyənin Anadolu Agentliyinə açıqlamasında Amerika Dövlət Departamentinin rəsmilərinin aprelin 29-da Nyu Yorkda Suriyanın müvəqqəti hökumət rəsmiləri ilə görüşdüyünü təsdiqləyib.

Sözçü deyib ki, Suriya hakimiyyəti ölkə vətəndaşları üçün sabitliyi gücləndirəcək, qonşuları ilə sülhü təmin edəcək, iqtisadiyyatı inkişaf etdirəcək və beynəlxalq ictimaiyyətlə xoş niyyətli əməkdaşlığa səbəb olacaq siyasətlər seçməyə təşviq edilir. O qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşması və ya sanksiyaların ləğvi müvəqqəti hökumət orqanlarının fəaliyyətindən asılıdır.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar