SON XƏBƏRLƏR

Husilər Yəmənin cənubuna hücum etdi

2025.05.02, 11:24
Husilər Yəmənin cənubuna hücum etdi

Husilərin Yəmənin cənubundakı Lahc əyalətində hökumət mövqelərinə qurudan hücumu nəticəsində 2 hərbçi ölüb, 5-i yaralanıb.

Gunaz.tv

GünazTV “Report”-a istinadla xəbər verir ki, bu barədə “Sinhua” agentliyinə adının çəkilməsini istəməyən mənbə bildirib.

Məlumata görə, husilər genişmiqyaslı hücumda reaktiv qumbaraatanlardan istifadə etməklə Lahcda “Hədd Yafea” cəbhəsi yaxınlığında hökumətin nəzarətində olan hədəfləri atəşə tutub.

Hökumət qüvvələri hücuma qarşılıq verib, hücum edənlərdən 4-nü öldürüb, qalanlarını isə geri çəkilməyə məcbur edib.

Qeyd edək ki, Yəmənin şimalının böyük hissəsinə nəzarət edən husilər 2014-cü ildən bəri beynəlxalq səviyyədə tanınan hökumətə qarşı döyüşür.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar