SON XƏBƏRLƏR

Lübnan ordusu Hizbullah bazalarına basqın edib

2025.05.02, 13:48
Lübnan ordusu Hizbullah bazalarına basqın edib

Lübnan ordusu ölkənin şimalındakı Hizbullah bazalarına basqın edərək terror qruplaşmasından yüzlərlə raket ələ keçirib.

Gunaz.tv

Səudiyyə Ərəbistanının "Əl-Hədas" kanalı xəbər verir ki, Lübnan ordusu ölkənin şimalındakı Əl-Bədəvi fələstinli qaçqın düşərgəsindən 800-ə yaxın raket ələ keçirib.

Hərbçilər Lübnanın şimalında Hizbullaha məxsus bazalara da daxil olduğu bildirilir. Lübnan rəsmiləri xəbərlə bağlı mövqe bildirməyib.

Məlumata görə, raketlər Fələstinin Azadlığı Xalq Cəbhəsi – Baş Komandanlıq terror qruplaşmasına, son illər Lübnanda fəaliyyət göstərən kiçik Fələstin təşkilatına məxsus olub. Bu terror qruplaşmasının Fələstinin Qurtuluş Xalq Cəbhəsi ilə əlaqələri var və son illərdə müstəqil olaraq böyük terror aktları törətdiyi məlum deyil.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar