SON XƏBƏRLƏR

Lübnan HƏMAS-a xəbərdarlıq etdi

2025.05.02, 14:01
Lübnan HƏMAS-a xəbərdarlıq etdi

Lübnan HƏMAS-a ölkənin suverenliyinə qarşı əməliyyatları dayandırması üçün xəbərdarlıq etdi

Gunaz.tv

Beyrutun Ali Müdafiə Şurası cümə günü bildirib ki, Lübnan Fələstinin HƏMAS terror qruplaşmasına ölkənin suverenliyinə xələl gətirən əməliyyatlar keçirməməsi barədə xəbərdarlıq edib.

Cümə axşamı Səudiyyə Ərəbistanına məxsus xəbər agentlikləri Lübnandakı mənbəyə istinadən xəbər verib ki, Lübnan rəsmiləri HƏMAS-dan mart ayında İsrailin şimalında Metulla və Kiryat Şmona istiqamətinə raket buraxılışında iştirak edən şübhəlilərin təhvil verilməsini istəyib.

Məlumata görə, şəxslər raketləri və buraxılış qurğularını anbarda gizlədiblər. Daha sonra Lübnan ordusu tərəfindən həmin ərazilərdə axtarış əməliyyatı keçirilib.

Mənbə həmçinin Səudiyyə xəbər agentliyinə bildirib ki, Lübnan hərbçiləri raket zərbələrində iştirak edən şübhəlilərin dindirilməsi zamanı toplanan sübutlara uyğun olaraq HƏMAS terrorçularının siyahısını hazırlayıb.

Hesabatda qeyd edilib ki, şübhəlilər Lübnanın cənubundakı fələstinli qaçqın düşərgələrində gizlənmiş ola bilərlər. Mənbənin sözlərinə görə, bu addımlar Lübnanın cənubundakı ərazilərin silahlanmasının qarşısını almaq üçün atılır.

Aprel ayında Lübnan mediası bildirmişdi ki, ordu ölkənin cənubundakı Hizbullaha məxsus əksər hərbi obyektləri nəzarətə götürüb.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar