İsrail dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi" də Diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İsrail dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Ronen Kraus "İsraildə Azərbaycan Evi" də Diaspor və icma rəhbərləri ilə dəyirmi masa keçirib.
İsrail dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri cənab Ronen Kraus "İsraildə Azərbaycan Evi" Diaspor qurumunun və İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin və Akko şəhər Dağ Yəhudiləri İcmasının qonağı olub.
Görüşdə bir çox mötəbər şəxslər, təşkilat və icma rəhbərləri iştirak edib.
Hörmətli Səfiri "İsraildə Azərbaycan Evi" Diaspor qurumun direktoru, Dağ Yəhudilərinin Koordinasiya Mərkəzinin rəhbəri, Dağ Yəhudilərinin Ümumi İsrail Birliyinin sədrinin birinci müavini, Akko şəhər Dağ Yəhudiləri İcmasının sədri hörmətli Nexamiya Şirin Mixaeli, İsrail Müdafiə Nazirinin müşaviri, Dağ Yəhudilərinin Parlament Lobbisinin Baş direktoru, Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyinin sədri, Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti hörmətli Pavel Elizarov, İsrailin Kiryat-Yam şəhərində yerləşən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru hörmətli Ben Sion Şmaelov, İsrailin Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri İcmasının sədri hörmətli Adil Danilov, Pardes Xana şəhərinin Dağ Yəhudiləri İcmasının sədri Elişa Xanulayev, Simon Şaqayev, David Mixaeli, Solomon İliyayev, Mehman Ragimov, Nəriman Simxayev və əslən Quba rayon Qırmızı qəsəbəsindəki Dağ Yəhudiləri İcmasının İsraildəki nümayəndələrindən olan Yaniv Meirov, Asaf Meirov və bir çox ziyalı və nüfuzlu rəhbər şəxlər qarşılayıblar.
Görüş Azərbaycan və İsrail ictimai-siyasi əlaqələrin daha da möhkəmlənməsi, hər iki xalq və dövlət arasındakı dostluq və müttəfiqlik əlaqələrinin, həmçinin qardaşlıq münasibətlərinin daha da dərinləşməsi və möhkəmlənməsinə həsr edilmiş Dəyirmi Masa formatında keçirilib.
Tədbiri giriş sözü ilə açan hörmətli Nexamiya Şirin Mixaeli, hörmətli Səfir Ronen Krausa və qonaqlara "İsraildə Azərbaycan Evi" nə təşrif buyurduğuna görə səmimi təşəkkürlərini bildirib. Ali qonağın diqqətinə çatdırılıb ki, "İsraildə Azərbaycan Evi" Diaspor qurumunun inzibati binası Akko şəhərinin keçmiş meri hörmətli cənab Şimon Lankri və Ümumrusiya Yəhudi Konqresinin vitse-prezidenti, Beynəlxalq STMEGİ Xeyriyyə Fondunun prezidenti hörmətli German Zaxaryayev birlikdə ərsəyə gətiriblər. Bu "İsraildə Azərbaycan Evi" nin yaradılmasında göstərdiyi misilsiz dəstəyə görə səbəbkar şəxslərə təşəkkür bildirilib.
Həmçinin Nexamiya Şirin Mixaeli Azərbaycan xalqı ilə Yəhudi xalqının hələ min illər öncəyə söykənən dostluq və qardaşlıq münasibətlərindən söz açaraq bildirmişdir ki, Azərbaycan dünyada yeganə ölkədir ki, bu gözəl ölkədə heçbir zaman anti-semitizm faktı olmayıb və burada Yəhudilərlə bərabər bütün millətlər azad və xoşbəxt yaşayırlar.
Bütün inanclar burada azaddır. Xüsusən Yəhudi xalqı ilə Azərbaycan xalqı min illərdir ki, qohumlaşmış və qardaşlaşmış xalqdır. Hər iki qardaş xalq ən çətin günlərdə bir-birinə dəstək olmuşdur və bu, əsrlərin sınağından çıxmış bir qardaşlıqdır. Xüsusən Azərbaycan xalqının Ümummilli Lideri, Dahi Şəxsiyyət, Yəhudi xalqının böyük və etibarlı dostu olmuş mərhum Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyət başına qayıtdıqdan sonra Yəhudi xalqına qayğı göstərib və İsrail dövlətinə dərin dostluq və qardaşlıq münasibətlərinin əsası qoyulmuşdur. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Yəhudilər Azərbaycanda daha azad və daha xoşbəxt yaşamağa başlamışdır. Həmçinin bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirərək bu dostluq və qardaşlığı daha da inkişaf etdirməkdə və möhkəmləndirməkdir. Bu gün qətiyyətlə demək olar ki, cənab İlham Əliyev və onun rəhbərlik etdiyi Azərbaycan dövləti dünyada İsrailin ən etibarlı və ən yaxın dostu və müttəfiqidir. Bunu hər bir yəhudinin və hər bir İsraillinin dilindən eşitmək olar. Azərbaycan bütün dünyada nümunə göstəriləcək tək və yeganə ölkədir ki, Yəhudilər hər zaman Azərbaycana gələndə özlərini İsraildəki kimi şad və xoşbəxt hiss edirlər. Bu, dünyada analoqu olmayan təqdirəlayiq bir haldır. Azərbaycan xalqı da hər zaman Yəhudi xalqına qarşı dost və qardaş xalq kimi yanaşıb. Burada bütün insan haqqları, Beynəlxalq qanunlar, fundamental azadlıqlar, dini etiqad azadlığı ən yüksək səviyyədə qorunur. Bunun üçün Azərbaycanı dünyada nümunə olan bir ölkədir. Azərbaycandakı tolerantlıq dəyərləri və multikultural yaşam ənənəsi sözün həqiqi mənasında dünyanın heçbir yerində rast gəlinməyən nadir bir nümunədir. Bütün bunlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlaq və müdrik siyasətinin nəticəsidir.
Həmçinin digər qonaqlar və təşkilat rəhbərləri də eyni fikri ifadə etdilər. Xüsusən cənab Pavel Elizarov ev sahibliyi etdiyinə görə hörmətli Nexamiya Şirin Mixaeli yə təşəkkür edərək bildirdi ki, Azərbaycan İsrailə ən yaxın və doğma ölkədir. Hazırda hər iki ölkə arasındakı münasibətlər qardaşlıq münasibətləridir. Dünyada Azərbaycan və İsrail qədər bir birinə yaxın az ölkələr tapmaq olar. Azərbaycan xalqı da İsrail xalqı üçün əziz və doğmadır. Burada Yəhudilərə göstərilən hörmət və ehtiram, Azərbaycan dövlətinin, xüsusən cənab İlham Əliyevin Yəhudilərə göstərdiyi qayğı və diqqət alqışalayiqdir. Bütün dünya Azərbaycan dövlətindən və cənab İlham Əliyevdən nümunə götürməlidirlər. Azərbaycandakı bütün sabitlik və təhlükəsizlik cənab İlham Əliyevin apardığı uzaqgörən siyasətin sayəsindədir.
Daha sonra Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru hörmətli Ben Sion Şmaelov da Azərbaycandakı tolerantlıq dəyərlərindən söz açaraq bildirdi ki, Azərbaycan xalqı ilə Yəhudi xalqı əsrlərdir qardaşlaşmış xalqdır. Yəhudilərə hər zaman Azərbaycanda dostluq və mehribanlıq içərisində yaşayıblar.
Daha sonra Kiryat-Byalik şəhərindəki Dağ Yəhudiləri icmasının sədri hörmətli Adil Danilov da Azərbaycandakı tolerantlıqdan geniş danışaraq bildirdi ki, Azərbaycan dünyada İsraildən sonra Yəhudilərin ən azad və təhlükəsiz yaşadığı ölkədir. Burada hər kəs inancını rahat ifadə edə bilir. Bunun üçün Azərbaycan dövləti tərəfindən bütün imkanlar yaradılmışdır. Tarix boyu hər iki xalq mehribanlıq şaitində, doğmalıq içərisində yaşayıblar. Bu, dünyada bənzəri olmayan haldır.
İsrailin Pardesxana şəhərinin Dağ Yəhudiləri İcmasının sədri, əslən Rusiya Federasiyasının Dağıstan bölgəsindən olan hörmətli Elişa Xanukayev isə bildirib ki, hörmətli Nexemiya Şirin Mixaeli ilə İsraildə hələ illər öncə tanış olduqdan və "İsraildə Azərbaycan Evi"ni tanıdıqdan sonra, Azərbaycan haqqında təsəvvürüm genişləndi. Burada insanlardan eşitdiklərim məni çox sevindirdi. Azərbaycandakı yüksək tolerantlıq mühiti və Yəhudilərlə Azərbaycanlıların dostluq və qardaşlıq içərisində yaşaması faktı bütün dünyada örnək olacaq haldır. Bütün dünya Azərbaycan Tolerantlığından və Azərbaycandakı insanpərvərlik keyfiyyətlərindən dərs almalıdır. Xüsusən Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yəhudilərə və bütün digər qeyri-müsəlman inanclı insanlara göstərdiyi diqqət və qayğı bizi çox sevindirir və hu, dünyada analoqu olmayan bir vəziyyətdir. Bu barədə hər zaman "İsraildə Azərbaycan Evi" nin tədbirlərində duyub eşidirəm. Azərbaycandakı xoş təəssüratlar doğuran vəziyyət barədə hər zaman Nexemiya Şirin Mixaeli burada bizlərin diqqətinə çatdırır.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantiq Aqarunov Azərbaycana səfər etdiyi üçün tədbirdə iştirak edə bilməmişdir.
Daha sonra çıxış edən səfir cənab Ronen Kraus hələ 2011-ci ildə Bakıda İsrail səfirliyində müşavir işlədiyi illəri xoş hisslərlə xatırlayaraq bildirib ki, Azərbaycan dünyada qonaqpərvər və ali dəyərli özündə daşıyan tolerant bir xalqdır. Bu ölkədə hər kəs azad və xoşbəxt yaşayır. Səfir Azərbaycanda gördüyü xoş təəssüratları tədbir iştirakçıları ilə bölüşərək bildirdi ki, hələ 2011-ci ildə Azərbaycanda işlədiyim illərdə Azərbaycan xalqının insani keyfiyyətlərinə şahid olmuşam.
Daha sonra Səfir əlavə etdi ki, bundan sonra da Azərbaycan və İsrail əlaqələri artan xəttlə inkişaf edəcək.
Yığıncaqda iştirak edən bütün təşkilat, icma və qurum rəhbərləri, Azərbaycan dövlətinin regional məsələlərdə tam mövqeyinin haqqlı olduğunu, tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasını, Ermənistanın öz havadarlarının diktəsilə bölgədə tez-tez yaratdığı təxribat və pozuculuq fəaliyyətini kəskin pisləyərək bunun sona çatmasını arzu etdiklərini bildiriblər.
Həmçinin, Dəyirmi masa iştirakçıları bir daha Azərbaycan dövlətinə və xalqına öz sarsılmaz dəstəyini ifadə edərək, daim dost və qardaş Azərbaycan xalqının və dövlətinin yanında olduqlarını bildiriblər. Sonda xatirə şəkli çəkdirilib.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu