SON XƏBƏRLƏR

Amerika Yəmənin Ras İsa limanına silsilə zərbələr endirib

2025.05.03, 10:52
Amerika Yəmənin Ras İsa limanına silsilə zərbələr endirib

Husilərin nəzarətində olan Əl Məsirə telekanalı xəbər verir ki, Birləşmiş Ştatlar Yəmənin Hudeyda əyalətinin Qırmızı dəniz sahilindəki Ras İsa limanına bir sıra hava zərbələri endirib.

Gunaz.tv

Telekanalın məlumatına görə, bir neçə saat ərzində limana azı 7 zərbə endirilib. Ölənlər barədə məlumat yoxdur.

Husi terror qruplaşması bildirib ki, “Yeddi İnci” neft tankerinin ekipajının üç rus dənizçisi Ras İsaya endirilən zərbələr nəticəsində yaralanıb.

Rusiyanın Yəməndəki müvəqqəti işlər vəkili Yevgeni Kudrov TASS-a bildirib ki, bu üç dənizçidən biri Sənadakı xəstəxanaya aparılıb və əməliyyat oluna bilər. Kudrovun sözlərinə görə, Ras İsa limanından təhlükəsiz məsafədə lövbər salmış “Yeddi mirvari” gəmisində on doqquz rusiyalı olub. 

Qeyd edək ki, cümə günü səhər saatlarında Husilər İsrailin Ramat David hərbi hava bazası və Tel-Əviv ərazisini hədəf alan iki raketin ölkənin şimalına atılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Ənsar Allah kimi tanınan Husilərin sözçüsü Yəhya Sari qrupun İsrailin əsas hərbi hədəfinə qarşı “hərbi əməliyyat” keçirdiyini təsdiqləyib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar