SON XƏBƏRLƏR

Amerika qüvvələri Deyr əz-Zordakı iki hərbi bazadan geri çəkilir

2025.05.03, 11:11
Amerika qüvvələri Deyr əz-Zordakı iki hərbi bazadan geri çəkilir

Amerikanın 200 hərbi maşından ibarət karvanı cümə günü Suriyanın Deyr əz-Zor əyalətindəki iki hərbi bazanı tərk edərək Şimali İraqa istiqamət alıb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Dəməşqdə çıxan “Əl Vətən” qəzeti məlumat yayıb.

Bildirilir ki, Amerikanın hərbçiləri və hərbi texnikaları Suriyanın şərqindəki Əl Ömər neft yatağı və Koniko qaz yatağı ərazisindəki bazalardan çıxarılıb.

Aprelin 23-də Amerikanın Suriyanın Həsəkə əyalətindəki Əl-Cəbsə neft yatağının yaxınlığında yerləşən Əş Şəddadi bazasından qoşunların və hərbi texnikanın çıxarılmasına başlanılıb.

"The New York Times" xəbər verir ki, Amerikanın Suriyanın şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçü tezliklə bağlanacaq və hərbçilərin sayı 2200-dən 1400-ə enəcək.

2015-ci ildən Amerika hərbi qulluqçuları Deyr əz-Zor, Rakka və Həsəkə əyalətlərindəki neft və qaz yataqları da daxil olmaqla, ölkə ərazisinin 25%-nə nəzarət edən Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinə dəstək verib.

 

 

Ş.E

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar