SON XƏBƏRLƏR

Amerika və İsrail Qəzzaya yeni humanitar yardım mexanizmi hazırlayır

2025.05.03, 11:42
Amerika və İsrail Qəzzaya yeni humanitar yardım mexanizmi hazırlayır

Amerika və İsrail Qəzzada Fələstinlilərə HƏMAS-ın nəzarəti olmadan humanitar yardımın çatdırılmasını bərpa etmək barədə razılaşma hazırlayırlar.

Gunaz.tv

GünazTV xəbər verir ki, məlumatı Axios məlumatlı İsrail və Amerika rəsmilərinə istinadən yayıb.

Bildirilir ki, "yeni mexanizm (yardımın çatdırılması) ehtiyacı olan insanlara dəstək verəcək, onun HƏMAS kimi terror qrupları tərəfindən yönləndirilməməsini, talan edilməməsini və ya sui-istifadə etməməsini təmin edəcək".

Müqavilə yardım əməliyyatlarının humanitar təşkilatlar tərəfindən idarə olunan və məsləhət şurası tanınmış beynəlxalq xadimlərdən ibarət beynəlxalq fond vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Portal qeyd edir ki, tərəflər fondun fəaliyyətini, o cümlədən humanitar yardımın alınmasını maliyyələşdirəcək donor ölkələrlə fəal danışıqlar aparır.

 

İsrail rəsmiləri bildirirlər ki, atəşkəs dövründə HƏMAS Qəzzaya axan humanitar yardımın böyük hissəsini nəzarətə götürə bilib və satışlarından əldə olunan milyonlarla dolları “hərbi qanadının üzvlərinə maaş vermək üçün” istifadə edib.

Portal qeyd edir ki, İsrail rəsmiləri mexanizmin Qəzzada quru əməliyyatı genişlənməmişdən əvvəl işləməsini təmin etmək istəyirlər. Belə ki, atəşkəs və girov danışıqlarında yaranan dalandan çıxış əldə olunmasa, İsrail bu ayın sonunda Qəzzada quru hərbi əməliyyatları genişləndirmək niyyətindədir.

Amerika və İsrail yeni mexanizmin Amerika prezidenti Donald Trampın regiona səfəri üçün hazır olmasını istəyir. Onun mayın 13-də Səudiyyə Ərəbistanına, oradan isə Qətərə və BƏƏ-yə səfəri gözlənilir. Axios xəbər verir ki, hazırda prezidentin İsrailə də səfər edəcəyi barədə məlumat yoxdur.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar