SON XƏBƏRLƏR

Laricani: Amerika ilə danışıqlar yavaşlaya bilər

2025.05.03, 12:38
Laricani: Amerika ilə danışıqlar yavaşlaya bilər

İranın liderinin baş müşaviri Amerika ilə davam edən danışıqların nəticəsinin qlobal güclərin ədalətli və rasional hərəkət edib-etməməsindən asılı olduğunu deyib.

Gunaz.tv

Keçmiş parlament sədri və Əli Xameneinin yaxın köməkçisi Əli Laricani danışıqların nəticəsinin hazırkı dünya nizamının necə idarə olunmasından asılı olduğunu deyib.

"Danışıqlar uğur qazana da bilər, qazanmaya da bilər. Uğur qlobal işlərin necə aparılmasında ədalət və rasionallığın olub-olmamasından asılıdır." - deyə o bildirib.

Laricani bu açıqlamanı Romada planlaşdırılan dördüncü raundun təxirə salınmasına münasibət olaraq verib.

"Hazırda amerikalılar öz güclərini göstərməli olduqlarına inanırlar." - deyə o əlavə edib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar