SON XƏBƏRLƏR

Danışıqların təxirə salınmasından sonra İran valyutası dəyər itirib

2025.05.03, 13:34
Danışıqların təxirə salınmasından sonra İran valyutası dəyər itirib

İran valyutası Amerika ilə planlaşdırılan danışıqların dördüncü raundu təxirə salındıqdan sonra kəskin şəkildə ucuzlaşıb.

Gunaz.tv

Hazırda Tehranın açıq bazarında bir Amerika dolları 870.000 riala dəyişdirilir.

Danışıqların üçüncü mərhələsindən sonra rial 795.000-ə qədər dəyər qazansa da hazırda bu dəyərqazanma əksinə dönüb.

Qeyd edək ki, Amerikanın dövlət katibi Marko Rubio, "İran ciddi nəticələrlə, o cümlədən potensial hərbi əməliyyatlarla üzləşmək istəmirsə bütün nüvə obyektlərini, o cümlədən hərbi obyektləri Amerika müfəttişlərinin üzünə açmalıdır." demişdi.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar