Britaniya polisinin məlumatına görə, Böyük Britaniyanın Terrorla Mübarizə Aktı çərçivəsində dörd İran vətəndaşı “terror aktı törətməyə hazırlaşmaq” şübhəsi ilə, beşinci şəxs isə Polis və Cinayət Sübutları Aktı çərçivəsində həbs edilib. Hazırda beş nəfərin hamısı polis nəzarətindədir.
Britaniya polisi bildirib ki, iş üzrə istintaq çərçivəsində məmurlar Mançester, London və Svindon ətraflarında bir neçə yaşayış obyektinə baxış keçirirlər.
"İstintaq hələ ilkin mərhələdədir və biz mümkün motivi, eləcə də ictimaiyyət üçün hər hansı əlavə riski müəyyən etmək üçün müxtəlif yolları araşdırırıq." - deyə Metropoliten Polisinin Terrorla Mübarizə Şöbəsinin rəhbəri Dominik Mörfi bildirib.
C