SON XƏBƏRLƏR

İran Azərbaycan və Gürcüstana TRACECA çərçivəsində tranzit dəhliz yaratmağı təklif edir

2025.05.05, 11:20
İran Azərbaycan və Gürcüstana TRACECA çərçivəsində tranzit dəhliz yaratmağı təklif edir

İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir.

Gunaz.tv

Günaz TV Reporta istinad'n x'b'r verir ki, bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib.

O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib.

Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək.

Xatırladaq ki, TRACECA bütün iştirakçı ölkələrin siyasi iradəsinə və ümumi səylərinə əsaslanan fəal tədbirlər vasitəsilə Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Türküstan bölgələrində iqtisadi münasibətlərin, ticarətin və nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış proqramdır.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar