SON XƏBƏRLƏR

Husilər İsrailə hava blokadası elan etdi

2025.05.05, 11:25
Husilər İsrailə hava blokadası elan etdi

Yəməndəki husilər İsrailə qarşı daha sərt addım atmağa hazırlaşdıqlarını bəyan ediblər.

Gunaz.tv

“Al Mayadeen” telekanalının yaydığı məlumata görə, husilər İsrailə tam hava blokadası tətbiq etməyə qərar veriblər.

Onlar beynəlxalq aviaşirkətləri İsrail hava limanlarına, xüsusilə Ben-Qurion aeroportuna uçuşları dərhal dayandırmağa çağırıblar. Bu çağırış İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirməsi ilə əlaqələndirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl husilər Ben-Qurion hava limanına raket zərbəsi endirdiklərini rəsmən təsdiqləmişdilər. Nəticədə, hazırda təxminən 20-yə yaxın aviaşirkət Təl-Əvivə olan uçuşlarını dayandırıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar