SON XƏBƏRLƏR

Amerika Sənada husilərin silah anbarlarına zərbə endirib

2025.05.05, 12:21
Amerika Sənada husilərin silah anbarlarına zərbə endirib

Amerika Silahlı Qüvvələri “Ənsar Allah” hərəkatından olan husilərin nəzarətində olan Sənada yerləşən obyektlərə bir sıra zərbələr endiriblər.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, Amerika Sənanın cənubunda yerləşən Əs-Savad rayonunda husilərin silah saxlamaq üçün istifadə etdikləri anbarlara azı üç hava zərbəsi endirib.

Xatırladaq ki, martın 15-də Amerika qüvvələri Prezident Donald Trampın əmri ilə Yəmən ərazisinin təxminən üçdə birini nəzarətdə saxlayan husilərin obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb.

Amerika Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı əməliyyatın Amerika maraqlarının qorunmasına və gəmiçilik azadlığının təmin edilməsinə yönəldiyini bildirib. Cavab olaraq, “Ənsar Allah” hərəkatı Qırmızı dənizin şimal hissəsində “Harry Truman” aviadaşıyıcısına bir sıra hücumlar həyata keçirib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar