SON XƏBƏRLƏR

Ukrayna İsraildən əlavə “Patriot” HHM sistemləri ala bilər

2025.05.05, 12:24
Ukrayna İsraildən əlavə “Patriot” HHM sistemləri ala bilər

Ukrayna “Patriot” sistemlərinin İsrail və Avropadan köçürülməsi hesabına əlavə hava hücumundan müdafiə sistemləri ala bilər.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, bir sistem artıq təmirdən sonra göndərilməyə hazırlanır. Bundan başqa, Almaniya və Yunanıstan daha bir kompleksin təhvil verilməsini müzakirə edirlər.

Pentaqon “The New York Times”-ın sorğusuna cavab olaraq açıqlayıb ki, Vaşinqton əvvəllər təsdiqlənmiş proqramlar çərçivəsində Kiyevə silah tədarükünü davam etdirir.

Xəbərin müəllifləri qeyd edirlər ki, çərşənbə günü imzalanmış Ukrayna resursları ilə bağlı saziş “ABŞ tərəfindən hərbi yardımın artırılması üçün yol açır”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar