SON XƏBƏRLƏR

Netanyahu: İranın təhdidlərinə tolerant yanaşmayacağıq!

2025.05.05, 12:43
Netanyahu: İranın təhdidlərinə tolerant yanaşmayacağıq!

İsrailin Baş naziri Binyamin Netanyahu Ben-Qurion hava limanına raket hücumundan sonra həm husilərə, həm də İrana cavab veriləcəyini deyib.

Gunaz.tv

“The Times of Israel” xəbər verir ki, Netanyahu husilərin təhdidlərinə tolerant yanaşmayacaqlarını bildirib.

"Husilər həm bizi, həm də bütün dünyanı təhdid edirlər. Biz buna dözümlü yanaşmayacağıq və onlara qarşı çox güclü cavab tədbirləri görəcəyik!" – o deyib.

Netanyahu "X" sosial şəbəkəsindəki səhifəsində Amerika Prezidenti Donald Trampın bu ilin 17 martında İranı husi hücumlarında iştirakda ittiham edən postunu paylaşıb.

"Prezident Tramp tamamilə haqlıdır! Husi hücumları İrandan qaynaqlanır. İsrail əsas hava limanımıza husilərin hücumuna, həmçinin seçdiyimiz istənilən vaxt, istənilən yerdə, onların iranlı terrorçu himayədarlarına cavab verəcək", - Netanyahu yazıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar