SON XƏBƏRLƏR

Amerika İsrailin husilərə cavab verməli olduğunu anlayır

2025.05.05, 13:11
Amerika İsrailin husilərə cavab verməli olduğunu anlayır

İsrail rəsmisi “The Jerusalem Post”a bildirib ki, İsrailin Yəmənə zərbə endirmək tərəddüdlərinə baxmayaraq, Amerika administrasiyası İsrailin Yəməndən atılan son raket hücumlarına cavab verəcəyini anlayır.

Gunaz.tv

"Administrasiya heç vaxt İsrailin hücumuna veto qoymayıb, lakin Amerika "biz bununla məşğul oluruq" mesajını verib. Vaşinqton indi İsrailin daha passiv qala bilməyəcəyini anlayır".

İsrailin cavabı Amerikanın husilərə qarşı əməliyyatlarının sona çatması demək deyil.

"Amerika ordusu bu terrorçulara qarşı 1000-dən çox hücumu əhatə edən əməliyyatını davam etdirir və bu əməliyyatlatı diplomatik kanallar vasitəsilə İsrail hökuməti ilə koordinasiya etməyə davam edir. Tramp Administrasiyası husilərin Qırmızı dənizdə naviqasiya azadlığını ələ keçirmək imkanlarına son qoymağa sadiq qalır." - "The Jerusalem Post" nəşri paylaşdığı xəbərdə bildirib.

İsrail müharibə başlayandan bəri Yəməndə husilərə beş dəfə zərbələr endirib. Bununla belə, Tramp administrasiyası vəzifəyə gəldikdən və husilərin girovla bağlı razılaşmanın bağlanmasından zərbələrin miqyası azalıb.

İsrail Müdafiə naziri Katz, "Bizə zərər verənlərə yeddi qat cavab verəcəyik" xəbərdarlığı etdi. Bazar günü baş nazirin ofisində Ben Qurion hava limanını vuran raket hücumu ilə bağlı müzakirə aparılıb və cavab verilməsi qərara alınıb. Baş nazir Netanyahu "X" səhifəsində "Seçdiyimiz vaxt cavab verəcəyik" yazıb və əlavə edib ki, İran bu hücumu dəstəkləyib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar