SON XƏBƏRLƏR

Samir Şərifovun əl-Şaraa ilə görüşü Suriya mediasının diqqət mərkəzində

2025.05.05, 13:29
Samir Şərifovun əl-Şaraa ilə görüşü Suriya mediasının diqqət mərkəzində

Baş nazirin müavini Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti 4 may tarixində Suriyaya səfər etdi.

Gunaz.tv

Səfər çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa paytaxt Dəməşqdəki Xalq Sarayında Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Həmçinin nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal əl-Şaar ilə görüş keçirib.

Samir Şərifovun Suriyaya səfəri Suriya Xəbər Agentliyi (SANA), Suriya İnformasiya Nazirliyinə bağlı hökumət qəzeti olan "Al Watan", "Syriandays" onlayn xəbər portalı və digərləri tərəfindən geniş şəkildə paylaşıldı. SANA tərəfindən paylaşılan xəbərdə qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlər və hər iki xalqın mənafeyinə xidmət edən əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.

Bir neçə Suriya mərkəzli Telegram kanalının iddialarına görə, görüşdə təbii qaz təchizatı, bərpa olunan enerji və enerji infrastrukturu layihələrinə investisiya qoyuluşu müzakirə edilib.

 

1-4.jpg

 

3-4.jpg

 

photo_2025-05-04_21-01-51-1.jpg

 

photo_2025-05-04_21-01-53-2.jpg

 

photo_2025-05-04_21-01-53.jpg

 



Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar