SON XƏBƏRLƏR

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə daxil olmağa cəhd edib

2025.05.05, 13:56
Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisinə daxil olmağa cəhd edib

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Kursk vilayətinin ərazisinə daxil olmağa cəhd ediblər.

Gunaz.tv

GünazTV Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumat "Baza" Telegram kanalı tərəfindən paylaşılıb.

Rusiyalı müharibə müxbirlərinin bildirdiklərinə görə, Ukrayna Silahlı Qüvvələri Tyotkino kəndi (Qluşkovski rayonu) istiqamətində hücumlarını artırıb. Ukrayna hərbçiləri, həmçinin Zvanoye yaxınlığındakı körpünü də partladıblar.

Müxbirlər əlavə ediblər ki, əvvəlki hücumlarda olduğu kimi, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının logistikasını çətinləşdirmək üçün Seym çayı və onun qolları üzərindən körpüləri dağıtmağa çalışırlar.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar