SON XƏBƏRLƏR

İran Husilərin hücumlarında iştirakını inkar edir

2025.05.05, 14:59
İran Husilərin hücumlarında iştirakını inkar edir

İran Husilərin İsrailə və beynəlxalq gəmilərə hücumlarında iştirakını inkar edir.

Gunaz.tv

Bu barədə İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında danışıb.

O iranın bölgədə proksilərə ehtiyacı olmadığını və proksilərin əli ilə fəaliyyət göstərmədiyini iddia edib.

“Yəmən xalqının verdiyi qərarlar onların öz iradəsini əks etdirir və İrana qarşı bütün bu cür ittihamlar əsassızdır.” - deyə Bəqayi bildirib.

Qeyd edək ki, bir müddət öncə Amerika prezidenti Donald Tramp bir müddət öncə Husilərin atdığı bir güllə üçün belə İranın məsuliyyət daşıdığını demişdi.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar