SON XƏBƏRLƏR

Abbas Əraqçi Pakistana gedib

2025.05.05, 15:11
Abbas Əraqçi Pakistana gedib

İranın xarici işlər naziri Pakistana bir günlük səfərə gedib.

Gunaz.tv

Pakistan ilə Hindistan arasında yaşanan gərginlik əsnasında İranın xarici işlər nazirinin Pakistana səfəri olduqca əhəmiyyətli olaraq qiymətləndirilir.

Abbas Əraqçinin Pakistanın bir sıra yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir.

Pakistanın xarici işlər nazirliyi İranın xarici işlər naziri Abbas Əraqçi ilə Hindistanla yaşanan qarşıdurmanı müzakirə edəcəyini açıq şəkildə bildirməsə də İranın Pakistandakı səfiri Rza Əmiri Müqəddəm dövlət mediasına məsələnin gündəmdə olacağını bildirib.

Qeyd edək ki, Əraqçinin bu həftənin sonunda Dehliyə də səfər edəcəyi gözlənilir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar