SON XƏBƏRLƏR

İsrail Qəzzada əməliyyata başladığını təsdiqləyib

2025.05.05, 15:21
İsrail Qəzzada əməliyyata başladığını təsdiqləyib

İsrail Nazirlər Kabineti Qəzza zolağının qalan ərazisi üzərində nəzarətin təmin olunması üçün əməliyyatın başlanmasını təsdiqləyib.

Gunaz.tv

GünazTV Report-a istinadla xəbər verir ki, bu barədə “Euronews” məlumat paylaşıb.

Nəşr qeyd edir ki, mart ayının ortalarında İsraillə HƏMAS arasında atəşkəsin pozulmasından bəri İsrail ordusu anklav ərazisinin təxminən 50 %-i üzərində nəzarəti saxlayır.

Mənbələr bildiriblər ki, hökumət mayın 5-də səhər əməliyyatın başlanmasının lehinə səs verib. Bu, İsrail Müdafiə Qüvvələrinin ehtiyatda olan on minlərlə hərbçisinin çağırılması barədə məlumat yayıldıqdan bir neçə saat sonra baş verib. Plan bütün əraziyə nəzarətin təmin edilməsini və İsrail ordusunun qeyri-müəyyən müddətə anklavda qalmasını nəzərdə tutur.

"Yeni plan İsrailin HƏMAS-ı məğlub etmək və Qəzzada saxlanılan girovları azad etmək kimi hərbi məqsədlərinə çatmasına kömək etmək üçün nəzərdə tutulub", - mənbələr qeyd edib.

Rəsmilər bildiriblər ki, İsrail bir neçə ölkə ilə Amerika Prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək və əhalisini köçürmək planı ilə bağlı əlaqə saxlayır.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar