SON XƏBƏRLƏR

KİV: NATO Ukraynaya əlavə “Patriot” sistemləri göndərə bilər

2025.05.05, 15:45
KİV: NATO Ukraynaya əlavə “Patriot” sistemləri göndərə bilər

Ukraynanın NATO-dakı müttəfiqləri bu ölkəyə əlavə “Patriot” raket sistemlərinin göndərilməsi üzrə müzakirələr aparır.

Gunaz.tv

Bildirilib ki, tərəflər alyansın iyunun sonuna planlaşdırılan sammitinədək bu istiqamətdə razılığa gəlməyə çalışacaq.

Hələ ötən ay Ukrayna Prezidenti Volodimir Zelenski hökumətin Amerikadan 10 ədəd hava hücumundan müdafiə sistemi almaq niyyətində olduğunu açıqlayıb. Analitiklər isə ordunun hazırda işlək vəziyyətdə olan 7 ədəd “Patriot” HHM sisteminə sahib olduğunu açıqlayıb.

Amerikadakı rəsmi mənbələr isə Vaşinqtonun daha əvvəl İsraildə yerləşdirilən “Patriot” sistemlərini Ukraynaya göndərəcəyini ehtimal edir.

Qeyd edək ki, bir qədər əvvəl prezident Zelenski ölkəsinə bu tipli silahların tədarükünü Amerikadan olan həmkarı Donald Trampla müzakirə etdiyini açıqlayıb.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar