SON XƏBƏRLƏR

Əhməd əş-Şəraa Fransaya səfər edəcək

2025.05.06, 12:03
Əhməd əş-Şəraa  Fransaya səfər edəcək

Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şəraa 7 may tarixində Fransaya səfər edəcək. Bu, onun Avropaya ilk səfəri olacaq.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Parisə səfəri çərçivəsində əş-Şəraa Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

Mənbənin bildirdiyinə görə, Fransa lideri Parisin “yeni, azad, sabit və suveren” Suriya quruculuğuna dəstəyini bir daha təsdiqləyəcək.

Qeyd edək ki, hələ fevral ayının əvvəlində Makron Əhməd əş-Şəraaya Fransaya səfər dəvəti göndərib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar