SON XƏBƏRLƏR

İsrail “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib

2025.05.06, 12:10
İsrail “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib

İsrailin Müdafiə Ordusu Lübnanın Bekaa bölgəsində radikal “Hizbullah” hərəkatının strateji silah istehsalı və anbarı obyektinə zərbələr endirib.

Gunaz.tv

İsrail Ordusunun Mətbuat xidmətindən verilən bəyanatda qeyd ediblər ki, İsrail Ordusu "Hizbullah”ın ərazidə mövcudluğunu və fəaliyyətini bərpası cəhdlərini müəyyən edib. “Bundan əlavə, Lübnanın cənubundakı Şrifa bölgəsində “Hizbullah”ın əlavə hərbi hədəflərinə də hücum olunub”, - nazirlik əlavə edib.

Mətbuat xidməti bildirib ki, “Hizbullah” yaraqlılarının belə fəaliyyəti və bu ərazilərdə silahların olması İsrail və Lübnan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasını göstərir. “Ordu İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək" və "Hizbullah”ın terror potensialını bərpa etmək cəhdlərinin qarşısını alacaq", - Mətbuat xidməti vurğulayıb.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar