SON XƏBƏRLƏR

"İbrahim sazişləri"nə yeni ölkələr qoşula bilər

2025.05.06, 12:36
"İbrahim sazişləri"nə yeni ölkələr qoşula bilər

Donald Trampın prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkof Vaşinqtondakı İsrail səfirliyində jurnalistlərə açıqlamasında bildirib ki, İbrahim sazişlərinin genişləndirilməsi ilə bağlı tezliklə “yeni təkliflər” səslənəcək.

Gunaz.tv

Bu danışıqlara qatılacağı və ya sazişlərə qoşulması təklif edilən ölkələr arasında Səudiyyə Ərəbistanı, Lübnan və Suriya da var.

Vitkof, həmçinin, qalan girovların azad edilməsi üçün Qətər, Misir və digər ölkələrlə danışıqlara davam etdiyini, eyni zamanda İsrailin planlaşdırdığı hərbi əməliyyata başlamaqda sərbəst olduğunu və Tramp administrasiyasının İsrailin bu istiqamətdə səylərini dəstəklədiyini qeyd edib.

Xəbər verildiyi kimi, İsrail Qəzza zolağında girovların qaytarılacağı təqdirdə genişmiqyaslı əməliyyatın sonlandırılması üçün təklifini HƏMAS-a göndərib. İsrailin HƏMAS-ın tərksilah edilməsi və liderlərinin sürgün edilməsi kimi əlavə tələbləri var. HƏMAS bu tələbləri yerinə yetirməsə, İsrail Ordusu Donald Trampın Yaxın Şərqə gözlənilən səfərindən sonra əməliyyata başlaya bilər.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar