SON XƏBƏRLƏR

2 HƏMAS terrorçusu təslim oldu

2025.05.06, 13:59
2 HƏMAS terrorçusu təslim oldu

Oktyabrın 7-də törədilən qırğında iştirak edən və o vaxtdan girovların saxlanmasına cavabdeh olan HƏMAS terrorçusu Rəfahda fəaliyyət göstərən İsrail Silahlı Qüvvələrinin əsgərlərinə təslim olub.

Gunaz.tv

İsrail Silahlı Qüvvələri həmçinin bildirib ki, təslim olan digər terrorçu HƏMAS qruplaşmasının snayper dəstəsində xidmət edib. Əsgərlər terrorçuların üzərindən bir neçə bıçaq aşkar ediblər.

Terrorçuların Şin Bet (İsrail Təhlükəsizlik Agentliyi) tərəfindən dindirilməsi zamanı onlar ərazidə mühüm terror infrastrukturu barədə mühüm məlumat veriblər.

 

מחבלים שנכנעו לכוחות צה"ל בשכונת שאבורה בעזה

 

Daha sonra Rəfahda fəaliyyət göstərən 188-ci briqadanın əsgərləri təslim olan terrorçuların verdiyi məlumatlara əsasən ərazidə silah və terror infrastrukturunu aşkar edərək məhv ediblər.

Bir neçə həftə əvvəl İsrail Silahlı Qüvvələri Rəfahın tam mühasirəsini başa çatdırıb. Qüvvələr bölgədə fəaliyyətini davam etdirir və həmin bölgədə əlavə ərazilərin və məhəllələrin də tam mühasirəyə alınacağı gözlənilir.

 

 

Şahin Elxanoğlu

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar