SON XƏBƏRLƏR

Amerika generalı: Putin Ukraynanı tam ələ keçirənədək dayanmayacaq

2025.05.06, 15:43
Amerika generalı: Putin Ukraynanı tam ələ keçirənədək dayanmayacaq

Böyük itkilərə baxmayaraq, Rusiya lideri Vladimir Putin Ukraynanı tamamilə ələ keçirmək cəhdlərindən əl çəkməyi planlaşdırmır.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ukrayna KİV-ə müsahibəsində ABŞ-nin Əfqanıstandakı qüvvələrinin keçmiş komandanı, general Devid Makkirnan deyib.

“Rusiya qoşunlarının irəliləyişi mərhələli olsa da və yalnız əhəmiyyətli itkilərlə əldə olunsa da, Ukrayna da işçi qüvvəsi çatışmazlığı yaşayır və Qərbin daimi maddi-texniki və kəşfiyyat dəstəyinə ehtiyacı var”, - general qeyd edib.

Müharibənin sonrakı gedişatına gəlincə, Makkirnan bildirib ki, Putin atəşkəs razılaşması əldə olunsa belə, bütün Ukrayna üzərində nəzarəti bərqərar edənə qədər dayanmayacaq. General Rusiyanın bu məqsəd üçün özünün və Şimali Koreya kimi əcnəbi qüvvələri döyüşə atmaqda davam edəcəyini vurğulayıb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar