SON XƏBƏRLƏR

Amerikanın daha bir qırıcısı Qırmızı dənizə düşdü

2025.05.07, 11:24
Amerikanın daha bir qırıcısı Qırmızı dənizə düşdü

Amerikanın "USS Harry S. Truman" təyyarədaşıyan gəmisinin göyərtəsində olan daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb.

Gunaz.tv

CNN mənbələrə istinadla xəbər verir ki, insidentə səbəb təyyarədaşıyıcının saxlama qurğusunun nasazlığı ola bilər. F/A-18 pilotu və nişançısı təyyarədən çıxa biliblər. Onlar yüngül xəsarətlər alıblar və həyatları üçün təhlükə yoxdur.

Bu, son vaxtlar ikinci dəfədir ki, Qırmızı dənizdə "USS Harry S. Truman" təyyarədaşıyan gəmisindən Amerika qırıcısı suya düşür.

Aprelin sonunda Amerika Hərbi Dəniz Qüvvələri F/A-18E qırıcısının yedəklənərkən suya düşdüyünü bildirmişdi. CNN-in məlumatına görə, qəzaya "Ənsar Allah" hərəkatının hücumu səbəb olub: Gəmi hücumdan yayınmağa çalışarkən kəskin dönüş edib və təyyarə dənizə düşüb.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar