SON XƏBƏRLƏR

Pakistan müdafiə naziri: Hindistan geri çəkilsə, münaqişəni dayandırmağa hazırıq

2025.05.07, 12:03
Pakistan müdafiə naziri: Hindistan geri çəkilsə, münaqişəni dayandırmağa hazırıq

"Hindistan da razı olsa, Pakistan münaqişəni dayandırmağa hazırdır".

Gunaz.tv

Pakistan müdafiə naziri Xavaca Asif “Bloomberg”ə bildirib.

“Son iki həftə ərzində ardıcıl olaraq bəyan etmişik ki, biz heç vaxt Hindistana qarşı düşmənçilik hərəkətləri etməyəcəyik, amma bizə hücum edilərsə, cavab verəcəyik. Hindistan geri çəkilsə, bu gərginliyə mütləq son qoyacağıq”, - nazir vurğulayıb.

Həmçinin Xavaca Asif bildirib ki, İslamabad Hindistan silahlı qüvvələrinin hücumuna daha sərt cavab verəcək.

Pakistan müdafiə naziri Hindistanın dinc əhaliyə qorxaqcasına hücum etdiyini söyləyib.

Xatırladaq ki, Hindistan Silahlı Qüvvələri gecə saatlarında Pakistan ərazilərinə zərbələr endirib. Nəticədə 26 nəfər həlak olub, 46 nəfər yaralanıb. Pakistanın cavab tədbirləri nəticəsində Hindistan ağır itkilər verib. Hindistanın 5 qırıcısı, sərhəddəki briqada qərargahı və digər hərbi hədəfləri Pakistan ordusu tərəfindən məhv edilib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar