SON XƏBƏRLƏR

İsrailin Səna hava limanına hücumu 500 milyon dollar ziyana səbəb olub

2025.05.07, 12:52
İsrailin Səna hava limanına hücumu 500 milyon dollar ziyana səbəb olub

İsrailin husi terror qruplaşmasının nəzarətində Səna hava limanına hücumu nəticəsində terminal binalarını tamamilə dağılıb və hava limanın fəaliyyəti dayanıb. Ümumilikdə isə hava limanın 500 milyon dollar ziyan dəyib.

Gunaz.tv

Səna hava limanına zərbələr bazar günü terror qruplaşmasının raketinin Tel-Əvivin Ben Qurion hava limanı yaxınlığına düşməsindən sonra edilib.

“İsrailin Səna hava limanına hücumu nəticəsində 500 milyon dollara yaxın itki olub”, - deyə hava limanın baş direktoru Xalid əl-Şaif üsyançıların Əl-Məsirə televiziyasına bildirib.

"Düşmən Səna hava limanındakı terminalları, o cümlədən bütün avadanlıq və qurğuları məhv edib. 3-ü Yəmən Hava Yollarına məxsus olmaqla, ümumilikdə 6 təyyarə məhv edilib. Səna hava limanında əməliyyatları bərpa etmək üçün bizə uzun müddət lazımdır." - baş direktor bildirib.

Vasitəçi Oman bildirib ki, çərşənbə axşamı husi üsyançıları və Amerika Qırmızı dənizdə naviqasiya azadlığını təmin edəcək atəşkəs barədə razılığa gəliblər.

Lakin elan edilən razılaşmada İsraildən bəhs edilmir, üsyançılar Səna hava limanına edilən zərbələrə cavab verəcəklərini vəd ediblər.

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar