SON XƏBƏRLƏR

İranın səfiri Britaniya XİN-ə çağırılacaq

2025.05.07, 13:13
İranın səfiri Britaniya XİN-ə çağırılacaq

Britaniyada terror aktları həyata keçirməyi planlaşdırdıqları üçün həbs edilən iranlılara görə İranın Londondakı səfiri Əli Musəvi Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.

Gunaz.tv

Bunu Böyük Britaniyanın təhlükəsizlik naziri Den Jarvis deyib.

Qeyd edək ki, ötən həftə Böyük Britaniyanın Terrora Qarşı Mübarizə Polisi ölkənin müxtəlif bölgələrində 7 iranlı və İrana bağlı şəxsi ölkədə terror aktı planlaşdırmaqda şübhəli bildiyi üçün həbs edib.

Terrorda şübhəli bilinənlərin həbsinə İranın xarici işlər naziri Abbas Araqçı münasibət bildirib:

"Onların əməlləri ilə bağlı iddialar etibarlı dəlillərlə sübuta yetirilərsə, İran istintaq prosesində əməkdaşlığa hazırdır”.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar