SON XƏBƏRLƏR

Kiyevə raket və dronlarla kütləvi hücum

2025.05.07, 13:50
Kiyevə raket və dronlarla kütləvi hücum

Mayın 7-sinə keçən gecə Ukrayna paytaxtı Kiyev kütləvi hücuma məruz qalıb.

Gunaz.tv

GünazTV Report-un Şərqi Avropa bürosunun məlumatına istinadla xəbər verir ki, bunu Ukrayna Fövqəladə Hallar Xidmətinin rəsmisi Pavlo Petrov bildirib. Onun sözlərinə görə, ballistik raketlər və dronlarla şəhərə hücum olub.

Hücumlar nəticəsində iki nəfər həlak olub, yeddi nəfər yaralanıb. Yaralananlardan dördü uşaqdır. O cümlədən, yaşayış binaları, avtomobillər zərər görüb. Rusiyanın ballistik raketlər və dronlarla hücumu ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski də özünün sosial şəbəkə hesabından məlumat paylaşıb.

 

O qeyd edib ki, ötən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 4 ballistik raket və 142 dron atıb.

"Bu vaxta qədər 7 yaralı barədə məlumat var, onlardan 4-ü uşaqdır. Təəssüf ki, həlak olanlar var – onlar bir qadın və onun oğludur", - V.Zelenski yazıb.

Kiyevlə yanaşı Zaporojye, Donetsk, Jitomir, Xerson və Dnepr vilayətlərinə çoxlu sayda zərbələr endirilib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar