SON XƏBƏRLƏR

Pakistan Hindistanın Pəncab əyalətini raketlə vurdu

2025.05.08, 11:15
Pakistan Hindistanın Pəncab əyalətini raketlə vurdu

Hindistanın Pəncab ştatının Amritsar şəhərində güclü partlayış baş verib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, şahidlər və yerli media raketlərin şəhər üzərində uçduğunu və bir neçə güclü partlayışın baş verdiyini bildirirlər. İddialara görə, hücum Pakistandan buraxılmış ballistik raketlərlə həyata keçirilib və hədəf kimi Amritsar beynəlxalq hava limanı göstərilir.

Eyni zamanda Batala şəhəri yaxınlığında da partlayış səsləri eşidilib. Hazırda Hindistan təhlükəsizlik orqanları və təcili yardım qüvvələri əraziyə cəlb olunub. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar