SON XƏBƏRLƏR

Əş-Şaraa Parisdə Makronla görüşdü

2025.05.08, 11:25
Əş-Şaraa Parisdə Makronla görüşdü

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa Fransanın paytaxtı Parisə rəsmi səfər edib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. Əhməd Əl-Şaraa Parisə rəsmi səfəri çərçivəsində Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

Görüş zamanı tərəflər, Suriyada keçid prosesinin əhatəliliyi, ölkənin regional sabitliyə mümkün töhfəsi, xüsusilə Livanın suverenliyinə hörmət və terrorla mübarizə məsələlərini müzakirə ediblər.

Fransa Rəyasət Heyətinin yazılı açıqlamasında, bu görüşün Parisin “azad, sabit, plüralist və suveren Suriya”nın qurulmasına dəstəyini bir daha nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. 

Bəyanatda Fransa xalqının Suriya cəmiyyətinin sülh və demokratiya arzularına verdiyi tarixi dəstəyin davam etdiriləcəyi də qeyd olunub.

Qeyd edək ki, Makron fevral ayında Şaraanı ilk dəfə Parisə rəsmi dəvət etmişdi. Bu səfər, Əhməd Şaranın 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gəlməsindən bəri Avropaya ilk rəsmi səfəri hesab olunur.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar