SON XƏBƏRLƏR

Şahbaz Şərif Pakistanın qələbəsini elan edib

2025.05.08, 12:13
Şahbaz Şərif Pakistanın qələbəsini elan edib

Pakistanın Baş naziri Şahbaz Şərif mayın 7-nə keçən gecə Hindistanın təşkil etməyə cəhd göstərdiyi hava hücumu barədə parlamentdə açıqlama verib və Pakistanın qələbəsini elan edib.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadla xəbər verir ki, Şahbaz Şərif bildirib ki, Hindistan 80 döyüş təyyarəsi ilə Pakistanın altı bölgəsinə, o cümlədən Azad Kəşmir və Sialkota zərbələr endirməyə çalışıb.

Şərif əlavə edib ki, Pakistan Hərbi Hava Qüvvələri beş düşmən təyyarəsini, o cümlədən üç “Rafale” qırıcısını vurub, bir təyyarə isə Hindistanın Batxinda bölgəsində qəzaya uğrayıb. Həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edilib.

Baş nazir Silahlı Qüvvələrin yüksək səviyyədə koordinasiya və peşəkarlıq nümayiş etdirdiyini vurğulayaraq, Pakistan xalqının ordu ilə qürur duymalı olduğunu qeyd edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar